» » Mark Zukerberqdən möhtəşəm ideya

Mark Zukerberqdən möhtəşəm ideya

Mark Zukerberqdən möhtəşəm ideya

Facebook-un qurucusu Mark Zukerberq "Dəmir Adam" filmlərindəki hər şeyi bilən Jarvis adlı robotdan ilham alaraq robot yaratmaq fikrinə düşüb.

Ucarliyiq.biz məlumat verir ki, Mark bu haqda jurnalistlərə açıqlamasında deyib:

"2016-da evimi idarə edəcək və işimdə mənə kömək edəcək sadə bir robot yaradacam. Həmin robot "Dəmir Adam" filimlərindəki Jarvis kimi olacaq."

Zukerberq mövcud texnologiyaya baxaraq proyektini həyata keçirəcək. Ardından evindəki hər şeyi nəzarət etməsi üçün robota səsini tanımağı öyrədəcək. Bundan əlavə, Mark evinə gələn dostlarını üzündən tanıyıb onları içəri dəvət etməyi də öyrədəcəyini deyib.