» » Azərbaycanlı jurnalistin "Maqnit oğlu"

Azərbaycanlı jurnalistin "Maqnit oğlu"

Azərbaycanlı jurnalistin "Maqnit oğlu"

ucarliyiq.biz sizi öz həmyaşıdlarından, ümumiyyətlə normal insanlardan fərqlənən bir oğlan uşağı ilə tanış edəcək. O, qeyri-adi gücü və bacarığı ilə diqqət mərkəzində olmağı bacarıb. Söhbət 12 yaşlı Ayxan Sultanzadədən gedir. Ayxan Bakı şəhəri Qaradağ rayon 274 nömrəli məktəbin 6 sinfində oxuyur. Dərs əlaçısıdır. İdmanın cüdo növü ilə məşğul olur. Türkiyənin TV kanalında yayımlanan "Yetənək sizsiniz" proqramında maqnit adamı görəndən sonra özündə də bu xüsusiyyətin olduğunu aşkar edib. Qaşıq, çəngəl, ütü və orta ölçülü dəmir əşyalar rahatlıqla onun bədəninə yapışır. Ayxanın valideyinləri bildirir ki, Ayxan körpəlikdən qeyri-adiliyi ilə seçilib. Beləki, hələ yeddi aylıq körpə olarkən o, sözləri tələffüz edib, danışıb.
O, "Ekspress" qəzetinin əməkdaşı İftixar Sultanın oğludur.