» » "Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

IV Beynəlxalq Qafqaz Moto Festivalın açılşı "Lady Qaqa", "Elvis Presli", "Beatles", "Kiss" qruplarının "tribute"larının və xarici DJ-lərin çoşduran musiqiləri ilə davam edir.
Açılış getdikcə daha maraqlı, həyəcanlı və əyləncəli olur. Bu dəqiqələrə qədər "Elvis Presli" və "Kiss" qrupunun "tribute"larının çıxışı istər yerli əhali, istərsə də Şəkiyə gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.
"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

"Kiss" qrupunun tribute-nun çıxışı
"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

Elvis Presli Tribute
Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalına start verilib. 28-30 avqust tarixlərində davam edəcək möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəki Olimpiya Kompleksində baş tutub.
Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edib. Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı olub.
“Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivalda ötən il olduğu kimi bu dəfə də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoularla start götürür.
Açılış mərasimi "Natiq" ritm qrupunun möhtəşəm şousu ilə başlayıb.

Möhtəşəm açılışdan görüntülər
Daha sonra açılda Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov və "Baku HOG Azerbaijan"-ın direktoru Vahid Mustafayev çıxış edib.
Elxan Usubov Azərbaycanın qədim şəhəri hesab edilən Şəkidə belə mötəbər festivalın keçirilməsinə görə sevincli olduğunu bildirib və festival iştirakçılarına xoş əyləncələr arzu edib.
"Baku HOG Azerbaijan"-ın direktoru Vahid Mustafayev isə bildirdi ki, Qafqaz Moto Festivalının Azərbaycanda keçirilməsi Azərbaycanın çiçəklənməsindən xəbər verir: "Prezidentin ölkədə turizmin inkişaf etdirilməsilə bağlı tapşırığına əsasən təşkil edilən bu dəfəki festival da möhtəşəmliyi ilə yanaşı, həm də qədim Şəkiyə daha çox turistin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir".
V.Mustafayev Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubova əlverişli şərait yaratdıqlarına görə böyük təşəkkür edib.
Daha sonra Mustafayev Elxan Usubova motosikletçi şlemi və saat hədiyyə edib.
"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

Vahid Mustafayev və Elxan Usubov
Motofestivala dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edir.
Həmçinin oxuyun: Möhtəşəm açılışdan möhtəşəm görüntülər (YENİLƏNİB, FOTO, VİDEO)
"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

"Kiss" və "Elvis Presli" Şəkini coşdurdu (VİDEO, FOTO)

Mənbə: Ans</span