» » Evlənmək istəyən 20 nəfərdə QİÇS aşkarlanıb - Video

Evlənmək istəyən 20 nəfərdə QİÇS aşkarlanıb - Video

Evlənmək istəyən 20 nəfərdə QİÇS aşkarlanıb - Video

“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq bu il iyunun 1-dən indiyədək nikaha daxil olmaq istəyən 33 412 nəfər tibbi müayinədən keçirilib. Onlar arasında müxtəlif xəstəliklərin daşıyıcıları müəyyən edilib.
Müayinənnin nəticəsindən asılı olaraq nigaha qadağa qoyulmur. Lakin evlənmək istəyən şəxslərə tibbi genetik-konsultasiyalar təyin edilir və ailənin planlaşdırılması ilə bağlı məlumatlar verilir.
“Yeddi cütlüyün hər ikisində talassemiyanın daşıyıcılığı, 20 nəfərdə QİÇS, 115 nəfərdə isə siflis aşkarlanıb. Əgər bunlar evlənirlərsə onlara məlumat verilir. Dünyanın bir çox ölkələrində bu aparılır”, - deyə Hemotologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Qan nümunələrinin analizlərindən bəzi xəstəliklər yerli xəstəxanalarında bir qismi isə Hemotologiya və Trasfuziologiya İnstitutunda aparılır.
“Bütün rayonlarda hemotoloji kabinetlər təşkil olunub. Burada onlardan qan nümunələri götürülür və ilkin tibbi test aparılır. Digər iki xəstəlik üzrə qan nümunələri Hemotoloji İnstitutu göndərilir və burda talassimiyanın daşıyıcılığı, bir də sifilis və qiçs yoxlanılır”, – deyə Zöhrə Əlimirzəyeva qeyd edib.
Rayonlardan qan nümunələrinin gətirlməsi üçün Səhiyyə Nazirliyi tərəfindən xüsusi avtomobillər ayrılıb. Burada müayinələr aparıldıqdan sonra nəticələrə geri göndərilir.
Ekspert Adil Qeybullanının fikrincə, nigahdan qabaq tibbi mayinə sağlam nəslin doğulmasını təmin edəcək. Həmçinin gələcəkdə ölkə üçün xarakterik olan bir sıra xəstəliklərin də yoxlanması zəruridir.
Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.
Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Mənbə: Ans</span