» » Bu günün tarixi (29.08.2015)

Bu günün tarixi (29.08.2015)

Bu günün tarixi (29.08.2015)

Miladi: 29 avqust 2015
Hicri: 14 zilqədə 1436
İlin 241-ci günü
İlin sonuna 124 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.50
Günəş - 07.04
Zöhr - 13.46
Əsr - 18.00
Məğrib – 20.34
İşa – 21.57
1880-ci ildə tarzən Qurbav Pirimov anadan olub
1918-ci ildə Polşa müstəqilliyini elan edib
1920 - Azərbaycanın Müvəqqəti İnqilab Komitəsi ölkədə taxıl ticarətinin inhisara alınması haqqında dekret verib. Bununla yanaşı, hökumət ölkədə ərzaq böhranını aradan qaldırmaq üçün "ərzaq sapalağı" sisteminin tətbiqi barədə dekret vermişdi. "Ərzaq sapalağı"na əsasən, kəndlilər tədarük etdikləri məhsulun artıq hissəsini hökumətin müəyyən etdiyi qiymətə (bazar qiymətindən ucuz) dövlətə satmalı idilər.
1949-cu ildə SSRİ ilk nüvə bombasını Qazaxıstanda sınaqdan keçirdi
1958-ci ildə dünya pop ulduzu Maykl Cekson anadan olub
1960-sı ildə Azərbaycanın Milli qəhrəmanı, tele-jurnalist Çingiz Mustafayev anadan olub
1967-ci ildə misirli yazıçı və “Müsəlman Qardaşlar” (İxvanul Muslimin) hərəkatının lideri Seyyid Qutub edam olundu
1991 - Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb. Müxalifətin və parlamentdəki demokratik qüvvələrin tələbi ilə sessiyanın gündəliyinə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, Milli Ordunun yaradılması barədə məsələlər salınsa da, o vaxtkı respublika rəhbərliyi siyasi "dargözlük" nümayiş etdirərək hər iki məsələyə müqavimət göstərirdi. Sessiyada iştirak edən deputat Heydər Əliyev Azərbaycanın müstəqilliyinin gecikdirilmədən elan olunması təklifi ilə çıxış edib.
1993 - Azərbaycanda "Prezident Ə.Elçibəyə etimad göstərilməsi haqqında" referendum keçirilib. MSK-nın məlumatına görə, referendumda ölkə üzrə seçicilərin 92 faizi iştirak edib. Referenduma çıxarılan "Siz Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?" sualına səsvermədə iştirak edənlərin 97,5 faizi "yox", 2,1 faizi "hə" cavabı vermişdi. Referendumun nəticəsinə əsasən, Milli Məclis növbədənkənar prezident seçkilərinin (3 oktyabr) keçirilməsi barədə qərar qəbul etdi.
2003-cü ildə iraqlı şiə lider Ayətullah Seyyid Məhəmməd Bəkir əl Həkim Nəcəfdə məsciddən çıxarkən sui qəsd nəticəsində şəhid edildi
2005-ci ildə Azərbaycan Rspublikasının “İctimai” televiziyasının açılışı olub

Mənbə: Ans</span