» » Bu qadının 70 yaşı var - FOTO

Bu qadının 70 yaşı var - FOTO

Bu qadının 70 yaşı var - FOTO

Çinin Çendu şəhərinin 70 yaşlı təqaüdçü sakini pilon üzərində akrobatik fəndlərinin əks olunduğu fotoşəkilləri ilə internet istifadəçilərini heyrətləndirib.

Day Dalinin sözlərinə görə, o, idmanla məşğul olmağa dörd il əvvəl başlasa da, qısa müddətdə inanılmaz uğurlara nail olub.

Ucarliyiq.biz-ın məlumatına görə, ötən il təqaüdçü qadın beşinci ölkə çempionatında pilon üzərində rəqsinə görə birinci yerə layiq görülüb. O artıq bir neçə ildir ki, hər gün yataq otağında məşq edir.

Çinli qadın bildirib ki, akrobatika ilə məşğul olmağa başlayandan onun sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşıb.