» » Leysana hazır olun
Leysana hazır olun

Azərbaycan sinoptikləri qeyri-sabit hava şəraitinin daha 2-3 gün davam edəcəyini bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən əlumata görə,sentyabrın 1-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcək, şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq.
Bakıda və Abşeron yarımadasında sentyabrın 1-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Maksimal temperatur 28° dərəcə olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 1-dək əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Mənbə: Ans</span