» » Hitlerin qızılla dolu qatarı tapıldı - VİDEO

Hitlerin qızılla dolu qatarı tapıldı - VİDEO

Hitlerin qızılla dolu qatarı tapıldı - VİDEO

150 metr dərinlikdən tapılan qatarda 300 tona yaxın qızıl olduğu iddia edilir.

Xəzinə axtaran Polşadan və Almaniyadan olan iki nəfər bir müddət əvvəl yerin altından tapdıqları qızılla dolu qatarın Hilerə aid olduğunu iddia edirdilər.

Qatarın tapıldığı Valdenburg qəsəbəsinin bələdiyyə sədri qatarın Hitlerə aid olduğunu təsdiqləyib.

Bələdiyyə sədiri bildirib ki, qızılların dəyərinin nə qədər olmasından aslı olmayaraq, bütün sərvət Polşa hökümətinə təhvil veriləcək.

Amma xəzinəni tapanlar qızıllardan onlara da pay çataçağını tələb edərək yerli orqanlara müraciət ediblər. 150 metr dərinlikdən tapılan qatarda 300 tona yaxın qızılın olduğu iddia edilir.

Məlumata görə, xəzinənin əsas hissəsini İkinci Dünya Müharibəsi zamanı həbs düşərgələrinə gətirilən əsirlərin üzükləri təşkil edir.

İkinci Dünya Müharibəsində faşistlərin Valdenburg bölgəsində metrələrcə dərinlikdə tunellər qazdıqları bir neçə dəfə gündəmə gəlib. Amma bahalı bir araşdırma olduğu üçün heç kim sona qədər gedə bilməyib.