» » Göz rənginə uyğun XARAKTER

Göz rənginə uyğun XARAKTER

Göz rənginə uyğun XARAKTER

Artıq bir neçə dəfədir ki, psixoloqlar göz rənglərindən insanın xarakterini müəyyən edən araşdırmalar aparırlar. Onların apardığı son araşdırma nəticəsini olduğu kimi sizə təqdim edirik:

Qara gözlü insanlar hadisələr qarşısında çox tez həyəcanlanan intizamlı və nizamlı kəslərdir. Bu cür insanlar həddən artıq duyğulu, sevəcən olduğu qədər həm də kindardırlar. Onlar qarşılarındakı insanları daim idarə etməyi xoşlayırlar.

Yaşıl gözlü insanlar sevdiklərinin qəlbini qırmamağa, onları incitməməyə cürət edirlər. Lakin bununla belə onlar çox əsəbi olurlar. Bu səbəblə də hisslərinə hakim olmağı bacarırlar.

Ən maraqlı həyat tərzinə sahib olanların mavi gözlü insanlar olduğunu asanlıqla söyləmək olar. Bu cür insanlar stabil həyat tərzini sevməyən, enerji dolu və dəyişkən tiplərdir. Bir az da xəyalpərəstdirlər. Bu səbəblə də gerçəkləri görməkdə, qəbul etməkdə çətinlik çəkirlər.

Gözləri qəhvəyi rəngdə olanlar kimlərinsə onların həyat tərzinə müdaxilə etməsini xoşlamırlar. Pis cəhətləri ondan ibarətdir ki, sir saxlamağı bacarmırlar və hər yerdə sirlərini hər an aça bilirlər. Dünyaya sanki qapalı gözlərlə baxarlar.

Şabalıdı gözlü insanların hissiyat gücləri olduqca yüksəkdir. Bu tip insanlar olduqca həssas bir ürəyə sahibdirlər. Çox qürurludurlar.