» » Məşhur müctəhid sabah Azərbaycana gəlir

Məşhur müctəhid sabah Azərbaycana gəlir

Məşhur müctəhid sabah Azərbaycana gəlir

İslam dünyasının tanınmış alimi, müctəhid Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycana səfər edəcək. Ucarliyiq.biz xəbər verir ki, İran İslam Respublikasının nüfuzlu din xadiminin səfəri Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə baş tutacaq.
Avqustun 31-dən sentyabrın 4-dək davam edəcək səfər çərçivəsində Bakı, Şamaxı və Gəncə şəhərlərinin din xadimləri ilə görülər keçiriləcək. Bundan başqa, Ayətullah Hüseyn Nuri Həmədani Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər və Bibi - Heybət məscidlərində olacaq, Təzəpir məscidində isə namaz qılacaq.
Səfər çərçivəsində, həmçinin Şamaxı Cümə məscidinin, Gəncədə Nizaminin məqbərəsinin və Şah Abbas İmamzadə Kompleksinin ziyarət ediləcəyi də nəzərdə tutulub.
1926-cı ilə İranın Həmədan şəhərində anadan olmuş müctəhid hazırda dünyada, xüsusilə də şiə dünyasında ən tanınmış müctəhidlərdəndir. O, həm də İranda islam inqilabının qələbə çalmasında əvəzsiz rola malik olan siyasi fəallardan biridir. Nuri Həmədani Məhəmməd Rza şahın kənarlaşdırılmasını tələb edən bəyanata imza atan ikinci adamdır.

Mənbə: Ans</span