» » Qəbələnin ən dadlı günü - Video

Qəbələnin ən dadlı günü - Video

Qəbələnin ən dadlı günü - Video

Bu gün Qəbələdə III Beynəlxalq mürəbbə festivalı keçirilib.
ANS TV-nin məlumatına görə, festival Qəbələ rayonunda yerləşən “Qafqaz Karvansaray“ oteldə baş tutub.
Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiyasının, UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının yaradıcılığı altında baş tutan festivalda Rusiya Federasiyası, Gürcüstan Respublikası, Serbiya, Qırğızıstan, İran, Türkiyə və Azərbaycanın bölgələrindən iştirakçılar qatılıb.
Festivalda bir bölgə üzrə ayrılmış yerlərdə hər bir bölgə, xarici iştirakçılar üçün ayrılmış yerlərdə isə mürəbbə məhsullarının əl işlərinin sərgisi təşkil olunub. 20-dən çox bölgənin iştirak etdiyi festivalda iştirakçılar mürəbbə bişirmə üzrə qabiliyyətlərini nümayiş etdirdilər.
Ən yaxşı mürəbbə hazırlıyanlar mükafatlandırılıb.

Mənbə: Ans</span