» » "Diesel" porno saytlarda reklam yerləşdirəcək

"Diesel" porno saytlarda reklam yerləşdirəcək

"Diesel" porno saytlarda reklam yerləşdirəcək

İtaliyanın məşhur geyim firması "Diesel" yeni mövsümdə tanışlıq saytlarında, eləcə də porno saytlarda öz reklamını yerləşdirmək qərarına gəlib.

Şirkətin istehsal etdiyi yeni məhsulların reklamları "Tinder" tanışlıq və "Grindr", "Pornhub", "YouPorn" kimi porno saytlarda yerləşdiriləcək. Hələlik başqa detallar bəlli deyil.

"Diesel" 1978-ci ildə yaradılıb və qadın, kişi, uşaq geyimləri, ayaqqabı, alt paltarı və parfümeriya istehsalı üzrə ixtisaslaşıb. Bundan başqa, "Diesel" brendi ilə mebel, velosiped, motosiklet dəbilqəsi, ev əşyaları, müxtəlif aksessuarlar hazırlanır. Şirkətin adı 1970-ci illərdə Avropada yaranan neft böhranı ilə əlaqədar seçilib. Həmin dövrdə benzinin qiyməti kəskin qalxdıqdan sonra çoxları daha əlverişli olan dizel yanacağına üstünlük verib.