Məni yoldan eləməyin,məni dənizim gözləyir (şer)

Məni yoldan eləməyin,məni dənizim gözləyir (şer)


Mən, gözləri yolda qalan bir dənizin övladıyam,
selə dönüb qayıdaram.
Günlər gələr günlər üstə...,
ilə dönüb qayıdaram.
Mən, Günəşi nisgilləri yox eyləyən bir vətəndən
ayazlara köç etmişəm.
Bugün,sabah deyə-deyə
Vətən boyda sevincimi puç etmişəm.
Qoruyuram, bəsləyirəm o sevgini
mən ağzımda dilim kimi.
Bu dünyada yox elə yer! –
öz Vətənim, elim kimi!
İnsaf edib dincəlmir də
ürəyimdə bu ağrılar...
Sızım-sızım sızladacaq duyğuların
“həsrət” adlı bir adı var!
Bilirəm ki,
nə zamansa saçlarımı sığallayan külək yenə əsir orda....
Sevinc də var, gülüş də var,
Yenə,
məndən uzaqlarda...
Bilirəm ki,
hələ mənə vəfalıdır,
itib getmir, -
Sahildə izim gözləyir.
Ey ayazlar,
ey sazaqlar,
Məni yoldan eyləməyin,
məni dənizim gözləyir!


Müəllif -- Nigar Rəfibəyli.
1
1

Müəllif

ZULKA

Oxunub

489

Tarix

24-10-2013, 21:36

Bölmə

Şeirlər

Rəylər

5

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

 
 

_Naxcivanliyam_Dabe | 25 oktyabr 2013 11:58

DENIZI EN COX TEK SEYR ETMEK GOZELDIR, CUR SEYR EDSEN AYRILANDA ISE OMUR BOYU DENIZE NIFRET EDIR INSAN

***Kecerim bu canimdan nazli yarim***

Cavab yaz

VETEN | 24 oktyabr 2013 23:31

dusundurcu seirdir men indi getme istemirem denize her sey *o*nu xatirladir

KİŞİLİK- FÜRSƏTİ QAPMAQ DEYİLDİR.
KİŞİLİK-TƏRTƏMİZ EV QIZLARINDA,
NƏSƏ FAHİŞƏLİK TAPMAQ DEYİLDİR.

Cavab yaz

FIRAR | 24 oktyabr 2013 22:26

Mən, Günəşi nisgilləri yox eyləyən bir vətəndən ayazlara köç etmişəm.gozel seirdi ellerine sagliq.

Budaq, küləyi bağışlamışdır, amma qırılmışdır bir dəfə.

Cavab yaz

nurly | 24 oktyabr 2013 22:07

BU SAAT MENIMDE DENIZIN KENARINDA SAKIT BIR SERAITE EHTIYACIM VAR

Cavab yaz

S_P_S | 24 oktyabr 2013 21:41

maraqlidir cox beyendim heqiqeten cox sagol

Cavab yaz

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Oxşar xəbərlər: