» » Gözlərdəki yerim

Gözlərdəki yerim

Gözlərdəki yerim


Gözlərdəki yerim
Bir yaş da gəldi yaşımın üstünə
Keçdi ömür ,gün.
Bir sarı yarpaq da düşdü
üstünə ömrümüzün.
Ömrüm boyü sevəcəyim,
Güvənəcəyim birini aradım.
Baxdım mənə
sevgiylə baxan gözlərə
O gözlərdə üşüyən,
qəribsiyən,
mənsizləyən
yerimi aradım.


Bir gün sevdim o gözlərdən birini.
şəklimi gördüm o gözlərdə,
oxudum yazacağım
ilk şerimi.

Gözlərdəki yerim

Məni məndən aldı
mənsizliyə vardı,
arzularımı apardı o gözlər.
Apardı ümidlərimi.
Aradım ,aradım tapmadım
o gözlərdə yerimi.
Bilmirəm ,
doğru yerə baxmadım bəlkə də,
ya baxdım da
görəmədim doğrusu.
Bəlkə o gözlərdəki yerimi
çaldı bir könül oğrusu?!

…İllər sonra , saralanda ilk sevginin
son xatirə yarpağı,

Gözlərdəki yerim

O gözlərdə yerimi gördüm ,
dumanlı bir gündə , axşamçağı.
Qayğılı, duyğulu baxışları
həsrətlə gülürdu
Yaşlı gözlərindən
gecikmiş etiraf tökülürdü.
Bitib , tükənib sevgilər,
Bağlanıb məhəbbət kitabı
Indi kimə gərəkdi bu sevgi etirafı..
Amma istədim deyəm …
deyəm ki ,nə qədər gəlməyib əcəlim
Gözlərini yum , yuxuna gəlim…



Gözlərdəki yerim