» » Bacısız ömür

Bacısız ömür

Bacısız ömür


Sənsiz bu ömrü vururam başa,
Gecəni gündüzə qatıram bacım.
Bəlkədə göylərdən görürsən məni,
Yerə en boynumu qucaqla bacım….
Bacısız ömür
Ölümün incidir gecələr məni,
Qəbrini belə bilmirəm bacım.
Sən bir kərə qəbrə qoyuldun,
Mən isə min dəfə ölürəm bacım….
Bacısız ömür
Ağlarkən adını anıram bacım,
Göz yaşım süzülür içimə mənim.
Dərdim böyükdür sənsizəm bacım,
İstərərm yanımda olasan mənim….
Bacısız ömür
Böyüdükcə yerin görsənir bacım,
Qalsaydın 20 yaşın olardı indi.
Məndə bacılar kimi sənin toyunda,
Qol qaldırıb mahnıya süzərdim bacım………


Bacısız ömür