» » Gedirsən nə deyim.

Gedirsən nə deyim.

Gedirsən nə deyim.


Gedirsən nə deyim,nə söz söyləyim.
Saxlaya bilmədim yolundan səni.
Sənə inanmışdım,könül vermişdim.
Çox heyif indicə tanıdım səni.



Gedirsən nə deyim.

Sözlər,şeirlər də bəs etmir mənə
Bu dərdi dağlara danışsam azdır.
Bəxtim gözlərimin içinə baxıb,
Ayağım altına bir quyu qazdı.


Gedirsən nə deyim.

Bağışla söhbətim çox uzun çəkdi,
Gedirsən yolundan etmiyim səni.
Taleyim beş günlük sevinəcəkdi,
İndi çalışacaq unutsun səni.



Gedirsən nə deyim.