20 yanvar günü (şer)

20 yanvar günü (şer)

 

Yandı könül kül oldu, iyirmi yanvar günü,
Hər yan qızılgül oldu, iyirmi yanvar günü. 
 
Bu gün bütün xalqımız geydi libasi-matəm,
Bu gün sevinc mülkünü fəth elədi qüssə, qəm,
Kərbübəladadır Bakı, yanvar ayı Məhərrəm,
Cavanlar qətil oldu, iyirmi yanvar günü.
 
 
Silahsız insanları, qanə qəltan etdilər,
Yurdumu, ya rəb,necə, qanla əlvan etdilər,
İgidlər öz canını xalqa qurban etdilər,
Ölən qərənfil oldu, iyirmi yanvar günü.


Kafirü bidin o gün şəhrimizə gəldilər,
Xilqəti məsum görüb, işlərini bildilər,
Pirü cavanlar o gün güllələnib öldülər,
Hər anımız il oldu, iyirmi yanvar günü.


Qalxdı səmayə o dəm vayi-Hüseyn fəqani,
Ərşə çıxıb ahilər etdi qarə səmani,
Baği-gülüstanımıza saldı fələk xəzani,
Naleyi-bülbül oldu, iyirmi yanvar günü.


Göydə bulud ağladı matəmə şahid kimi,
Arzu dönüb ulduza parladı Nahid kimi,
Verdi can azadlığa hamı mücahid kimi,
Kim nəyə nail oldu, iyirmi yanvar günü?


Soltan əza növhəsi oldu dilin əzbəri,
Gör neçə Leylalərin getdi Əli Əkbəri,
Ağla bu məzlumlara, qan ilə yaz dəftəri,
Zülm özü təhvil oldu, iyirmi yanvar günü.



Müəllif----Hacı Soltan Əlizadə.

Müəllif

ZULKA

Oxunub

3786

Tarix

20-01-2013, 13:33

Bölmə

Şeirlər

Rəylər

6

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

0 Bəyənmədim

 
 

VETEN | 20 yanvar 2013 20:24

Dözməyib qatilin kəshakəsinə,
İlham çölə çıxdı güllə səsinə,
Gördü qırhaqırdı, gördü vurhavur,
Tanklar adamların üstünə cumur.
Bağırdı: - Soldatlar, neyləyirsiniz,
Axı, bunlar ilə siz də birsiniz.
Axı bu adamlar silahsızdılar.

Soldatlar daha da coşub qızdılar.
Bu sözlər İlhamın son sözü oldu,
Ona da bir güllə... o da vuruldu. 





O gecə yatmadı bir an Fərizə,
İlhamı gözlədi,
İlham gəlmədi.
Dönük taleyilə durdu üz-üzə.
  

Dönük taleyilə durdu üz-üzə.
Qalıb küçə ilə ev arasında,
Gecəni sübhədək o dincəlmədi.
Ertəsi... qapqara xəbəri gəldi,
Ölümün həyata zəfəri gəldi.


Çatmadı əvvəlcə bu xəbər ona,
İnana bilmədi qulaqlarına.
Elə ki, inandı,.. o, lal kəsildi.
Heykələ döndü.
Anladı, bildi:
Qapısı bağlandı, ocağı söndü
.

KİŞİLİK- FÜRSƏTİ QAPMAQ DEYİLDİR.
KİŞİLİK-TƏRTƏMİZ EV QIZLARINDA,
NƏSƏ FAHİŞƏLİK TAPMAQ DEYİLDİR.

Cavab yaz

HeyatNur | 20 yanvar 2013 20:14

IGIDLER ÖZ CANINI XALQA QURBAN ETDİLƏR
ÖLƏN QƏRƏNFİL OLDU,20 YANVAR GÜNÜ 
 

Cavab yaz

AZER QIZI | 20 yanvar 2013 20:13

WEHIDLER  OLMEZ  VETENIMIZ  AZERBAYCAN  BOLUNMEZ

Cavab yaz

ZULKA | 20 yanvar 2013 19:58

Yandı könül kül oldu, iyirmi yanvar günü,
Hər yan qərənfil oldu, iyirmi yanvar günü. 

Cavab yaz

S_P_S | 20 yanvar 2013 19:46

OLEN QERENFIL OLDU 20 YANVAR GUNU((((

Cavab yaz

ZULKA | 20 yanvar 2013 13:35

Silahsız insanları, qanə qəltan etdilər,
Yurdumu, ya rəb,necə, qanla əlvan etdilər,
İgidlər öz canını xalqa qurban etdilər,
Ölən qərənfil oldu, iyirmi yanvar günü.

Cavab yaz

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Oxşar xəbərlər: