» » "Oskar"a qatılmaqdan imtina etdi, səbəbi...

"Oskar"a qatılmaqdan imtina etdi, səbəbi...

"Oskar"a qatılmaqdan imtina etdi, səbəbi...
"Oskar"a qatılmaqdan imtina etdi, səbəbi... Rejissor Spayk Li “Oskar” mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kino akademiyasının builki nominantları arasında qaradərili namizədlərin olmamasıdır. Rejissor İnstaqram hesabında bu barədə yazıb:

“Artıq bir neçə ildir ki, nominantların adları açıqlanandan sonra jurnalistlər siyahıda qaradərili namizədlərin olmaması ilə bağlı fikirlərimi öyrənmək üçün mənə zəng vururlar. Aparıcı Kris Rok, prodüser Redci Hadlin, kinoakademiyanın prezidenti Şeril Bun Ayzek və üzvlərə hörmətsizlik etmək istəmirəm, amma bu mümkündürmü ki, 2 il ardıcıl nominantlar arasında yalnız ağdərili aktyorlar yer alsın? 40 ağdərili aktyor... Biz filmə çəkilə bilmirik? Bu nə axmaqlıqdır?”.

Xatırladaq ki, ötən il Spayk Li “Oskar” mükafatlandırma mərasimində də bu məsələyə toxunmuşdu. O, ifadəsində “Amerikada qaradərili prezident olmaq daha asandır, nəinki kinostudiya başçısı seçilmək” demişdi.

Qeyd edək ki, “Oskar-2016”nın builki nominantlarının adları açıqlandıqdan sonra sosial şəbəkədə #OscarsSoWhite haştaqı ilə etirazlar başlayıb. Bu etirazlara qoşulanlar arasında “Concussion” filmində çəkilən və adı namizədlər siyahısına salınmayan qaradərili aktyor Uil Smitin həyat yoldaşı Cada Pinkett Smit də var idi.