» » "Kurtlar Vadisi"nin aktyoru Bakıya gəldi - (FOTO)

"Kurtlar Vadisi"nin aktyoru Bakıya gəldi - (FOTO)

"Kurtlar Vadisi"nin aktyoru Bakıya gəldi - (FOTO)
Bu gün Palk Bulvarda “Bir ovuc sonsuzluq” filminin yaradıcı heyətinin mətbuat konfransı keçirilib.

Ucarliyiq.biz - in məlumatına görə, Türkiyə və Azərbaycanın yaradıcı insanlarını bir araya gətirən ekran əsərinin rejissorları Battal Qazi Karabulakla Murad Abdullayevdir. Ekran işində əsas rollardan birini Murad Abdullayevin özü oynayacaq.

Dram janrında çəkiləcək filmdə Türkiyədən dəvət olunmuş aktyorlar da yer alacaq. Onların arasında “Kurtlar Vadisi”ndə Turan Kaçqar obrazını canlandıran Səlcuq Özer də olacaq.

Hazırda Bakıda olan aktyor “Bir neçə saatdır ki, hava limanına enmişəm. Şəhəri hələ tam gəzə bilməmişəm. Yolda gördüyüm qədəriylə, gözəl binalar var. Bakını gəzmək imkanım olacaq, bir neçə gün şəhərdəyəm. Rejissor təklif edib ki, çəkilişdən sonra qalıb şəhəri gəzim”, - deyə açıqlama verib.

B.Q.Karabulak “Bir ovuc sonsuzluğ”un təkcə ölkəmizdə deyil, Türkiyədə də nümayiş olunacağını bildirib. Çəkilişlərinə 5-10 sentyabr tarixində start veriləcək film İsmayıllı rayonunun İvanovka və Qubanın Xınalıq kəndində lentə alınacaq.

Qeyd edək ki, Battal Qazi Karabulakın Azərbaycanda ilk işi “Ləkə” serialı olub.

Foto: Ramin ASLANOV

Mənbə: </span