» » Dünya liderinin məşuqəsi olacaq

Dünya liderinin məşuqəsi olacaq

Dünya liderinin məşuqəsi olacaq
Dünya liderinin məşuqəsi olacaq “Coy” (“Joy”) filmindəki roluna görə “Qızıl qlobus-2016” mükafatına layiq görülən aktrisa Cennifer Lourens yeni obrazı ilə gündəmə gəlib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, “Oskar”a namizəd olan aktrisa yeni filmində kubalı lider Fidel Kastronun sevgilisi Marita Lorensonu oynayacaq. 25 yaşlı Cennifer “Marita” adlı ekran işində “inqilab atası”nın 19 yaşlı məşuqəsi olacaq.

“Sony Pictures” tərəfindən lentə alınan ekran işinin ssenari müəllifi Erik Uorren Sinqerdir. Fidel Kastro rolunda kimin çəkiləcəyi isə hələlik bəlli deyil. Filmin rejissorunun da kim olacağı dəqiqləşməyib.