» » İzzət Bağırzadə ilk dəfə "Yaşıl Teatr"da

İzzət Bağırzadə ilk dəfə "Yaşıl Teatr"da

İzzət Bağırzadə ilk dəfə "Yaşıl Teatr"da
Müğənni İzzət Bağırzadə sentyabrın 18-də verəcəyi solo konsertinə hazırlaşır.

Ucarliyiq.biz - in məlumatına görə, “Yaşıl Teatr”da baş tutacaq tədbirə ifaçı xüsusi hazırlaşır. O, qeyri-adi səhnə dizaynı hazırlatdırdığını bildirib:

“Səhnə dizaynı çox fərqlidir. Ayın 15-dən səhnəni qurmağa başlayacağıq. 140 ədəd işıq quraşdırılacaq. O səhnədən hələ heç kimdə olmayıb”.

İ.Bağırzadə konsert zamanı iki yeni klipinə və mahnısına təqdimat edəcəyini də bildirib. Mahnılardan birinin söz və musiqisi Aysel Nəcəfzadəyə məxsusdur. Ekran işinin rejissorluğunu isə Nail naiboğlu edib.

Qeyd edək ki, İ.Bağırzadənin konsertinə biletlərin qiyməti 10 manatdan 50 manata kimidir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Əlaqə: (051) 783 12 12.

İzzət Bağırzadə ilk dəfə "Yaşıl Teatr"da

Mənbə: </span