» » Müğənni ilk dəfə ayrılma xəbərlərinə münasibət bildirdi

Müğənni ilk dəfə ayrılma xəbərlərinə münasibət bildirdi

Müğənni ilk dəfə ayrılma xəbərlərinə münasibət bildirdi
Müğənni ilk dəfə ayrılma xəbərlərinə münasibət bildirdi Türkiyəli müğənni İrəm Derici həyat yoldaşı Rıza Esəndəmirdən ayrılması xəbərlərinə ilk dəfə münasibət bildirib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, ifaçı Uludağdakı konserti zamanı açıqlama verərək ayrılmaq istəmədiyini bildirib:

"Dostlar, sevgimizə sahib çıxacağıq. Qopa, gedə, kaça bilmirsən... Nəsə etmək istəyirsən, amma bacarmırsan. Cütlüklər dalaşır. Üçgünlük dünyada belə böyük eşq tapılmır. Buradan Bursa küçələrinə qaçıb, "sevirəm" deyə qışqıracam. Dörd öpüş forması ilə bütün evliliklər xilas edilir. Bir: əldən öpmə - hörmət. İki: alından öpmək - şəfqət. Üç: yanaqdan öpmək - dostluq. Dördüncü: dodaqdan öpmək".

Qeyd edək ki, Dericinin iki il əvvəl ailə qurduğu Rıza evlilikləri ilə bağlı bu açıqlamanı vermişdi:

"Ailə həyatımızda problemlər yaranıb. Boşanmaq qərarı aldıq".