» » "Çağlaya aldandım..."

"Çağlaya aldandım..."

"Çağlaya aldandım..."
"Çağlaya aldandım..."

Müğənni Emre Altuğ yeni çıxan “Çıta” albomuyla əlaqədar müsahibə verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı ötən il boşandığı model Çağla Şikellə bağlı sualları da cavablandırıb. Emre “Evli olarkən necə oldu ki, heç kökəlmirdiniz” sualının izahını belə verib:

“Yox, kökəlirdim. Ancaq sonra idmanla artıq çəkilərimdən azad olurdum. Çağlaya aldandım, onun porsiyalarına uyğun yeyirdim. Amma onun həzm sistemi başqa cür işləyir. Mən fikir verməsəm, tez kökələrəm”.

Emre Altuğ fevral və aprel aylarında iki yeni filmlə ekranlara çıxacağını da bildirib.