» » "Karagül"ün aktyoru 17 illik həbs oluna bilər

"Karagül"ün aktyoru 17 illik həbs oluna bilər

"Karagül"ün aktyoru 17 illik həbs oluna bilər
"Karagül"ün aktyoru 17 illik həbs oluna bilər

Jurnalist sevgilisi Eda Sönmezə qarşı zorakılığına görə məhkəməyə şikayət edilən aktyor Saruhan Hünel haqda cinayət işi tamamlanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor 17 ilə qədər həbs cəzası ala bilər. "Ailənin qorunması və qadına qarşı zorakılığın qarşısının alınması" təşkilatının hazırladığı yekun iddianamədə aktyorun jurnalisti bir neçə dəfə döydüyü, təhdid etdiyi qeyd olunub.

Yaxın günlərdə məhkəmə baş tutacaq.

Xatırladaq ki, Eda 6 aylıq münasibətləri dövründə Hünel tarafından 5 dəfə döyüldüyünü iddia etmişdi. Futbolçu Paskal Numa ilə müsahibəsindən sonra isə çəkdirdiyi fotoya görə döyülən Eda fotosunu çəkərək paylaşmışdı. "Karagül" serialında çəkilən Saruhan Hünelin isə bu hərəkətinə görə layihədən kənarlaşdırılacağı haqda şayiələr yayılmışdı.