» » Habil Əliyevin vəziyyəti yenidən pisləşib

Habil Əliyevin vəziyyəti yenidən pisləşib

Habil Əliyevin vəziyyəti yenidən pisləşib
Dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb.

Ucarliyiq.biz - in məlumatına görə, H. Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın APA-ya deyib ki, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar:

“Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq”.

Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.

Mənbə: </span

  1. Senli Sensiz 1 sentyabr 2015 22:45


    Habil Eliyevin ozunude senetinide sevirem fikrimce onun kimi kaman ustasi yoxdur.Amma bir defe o Zaurun verlisinde dedi ki,Zaur bizim dovrumuzde yasamaq o qeder cetin idi ki,indi ise hersey var heyat rengarengdir ve bizim ise ölmək vaxtmiz çatib men ise ölmək istemirem dedi ve gozu doldu o sehne hec vaxt gozumun onunden getmeyecek.Allah biler amma men hele gozel urekli insanin senetcinin olmeyini istemirem((