» » "Evlilik karyerama mane oldu, amma..."

"Evlilik karyerama mane oldu, amma..."

"Evlilik karyerama mane oldu, amma..."
"Evlilik karyerama mane oldu, amma..."

Müğənni Emre Altuğ müxtəlif müsahibələrdə yeni albomu "Çıta"nın təqdimatını edərkən evliliyi haqda danışmaqdan da imtina etmir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, model Çağla Şikellə boşanan ifaçı "evlilik karyeranızı bitirdi?" sualına belə cavab verib:

"Yox, həyatımda verdiyim ən doğru qərar evlənmək və ata olmaq idi. O dövrdə karyeram ikinci planda idi. Evlilik sənətimə zərər verdi, amma bu, mənim seçimim idi. Evlənmədən öncə də uşaqlarımın olması xəyalını qururdum, buna görə də, onlarla maraqlanmaq ürəyimcə idi. Hazırda yenə də karyerama diqqət ayırmağa başlamışam...

Uşaqlarımızı xalqın arasında böyüdürük, çünki mənim də uşaqlıq dostlarım taksi sürücüsünün, qapıçının uşaqları olub".