» » "İşte benim stilim"dən Nur Yerlitaş sürprizi

"İşte benim stilim"dən Nur Yerlitaş sürprizi

"İşte benim stilim"dən Nur Yerlitaş sürprizi
"İşte benim stilim"dən Nur Yerlitaş sürprizi

Modelyer Nur Yerlitaş "İşte benim stilim"e geri dönür.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, yarışmanın 3-cü mövsümündən sonra proqramı çəkən şirkətlə aralarındakı anlaşılmazlığa görə münsif kürsüsündə əvəz olunan Yerlitaş Star TV ilə müqavilə bağlamışdı.

Münsiflər heyətindəki həmkarı Kemal Doğulu ilə birgə dəb yarışmasından ayrıldıqdan sonra onların yerinə stilistlər Neslihan Yarqıcı və Hakan Akkaya gəlmişdi. Ancaq "İşte benim stilim"in "Məşhurlar" mövsümü reytinqlərdə xal qazana bilmədiyi üçün şirkət N.Yerlitaşı geri qaytarıb. O, modelyerin bütün şərtlərini qəbul edərək onunla müqavilə bağlayıb.

Nur bununla bağlı jurnalistlərə "Masam üçün darıxmışam" deyib. Star TV-dəki layihəsi haqda "qismət deyilmiş" söyləyən modelyerin qarşıdakı günlərdə "İşte benim stilim"də görünəcəyi gözlənilir.