» » Yenə Xəyal etdim səni

Yenə Xəyal etdim səni

Yenə Xəyal etdim səni
Yenə Xəyal etdim səni


Bu gün sənin üçün çox darıxdım... yanımda olmağını istədim..
Səninlə olmağı ən çox bu gün istədim...Bu gün ən çox sənin üçün darıxdım, evvəlcə yuxuda gördüm səni,
oyandığımda sən vardın ağlımda...Yanımdaydın sanki, səninlə keçirəcəkdim bütün günümü...
Bu dəfə sevinc verdi həsrətin mənə...Bütün günü səninlə idim sanki...
Günortaya doğru incitməyə başladı həsrətin, gülüşün ağlıma gəldi...
Sonra pəncərənin önünə getdim, bir xeyli düşündüm...
Getdikcə beynimi gəmirrməyə başladı hisslərimin qarmaqarışıqlığı və çarəsizliyim ürəyimi bulandırdı..


Özləmirdim artıq zəng vurmağını...Amma darıxırdım, yanımda yatmağını, doya-doya gözlerini
seyr etməyi istədim...Amma nə edim ki, yoxdun yanımda...Bu gün hər şeyi sənlə etmək istədim,
bir də olacaqmış kimi çoxlu xəyallar qurdum, onlarda xoşbəxt etmiş kimi olur amma
həqiqətlə üzləşincə keçir...Sonra da içimdəki yorğunluq, küskünlük...
Erköyünləyə nifrət edən mən, bugün sənin hər dediyini etmək istədim...
Özüm üçün yaşayan mən, bu gün sənin üçün yaşamaq istədim...
Bu gün ən çox sənin üçün darıxdım mən...Bütün vərdişlərini, bir sözlə, yerişini,
baxışını görmək istədim...Bir toxunuşunu, səsini
dinləməyi istədim...Səninlə birlikdə olmağı ən çox bugün istədim..