» » Qalmaqallı müğənnidəngözlənilməz qərar

Qalmaqallı müğənnidəngözlənilməz qərar

Qalmaqallı müğənnidəngözlənilməz qərar
Qalmaqallı müğənnidəngözlənilməz qərar Qalmaqallı müğənni Mayli Sayrus gözlənilməz qərarını açıqlayıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, “Hannah Montana” serialı ilə tanınan ifaçı yeni bir teleserialda çəkiləcək. Bu barədə Mayli İnstaqram hesabında məlumat verib. O, dünya şöhrətli rejissor Vudi Allenin layihəsində yer alacağını bildirib. Rejissorun portretini paylaşan M.Sayrus yazıb:

“Çarpayımın yanında bir neçə ildir ki, bu portret dayanır. Mən onun düz gözlərinin içinə baxarkən telefon zəngi gəldi və mənə Elen Meylə birlikdə layihəyə çəkilmək təklifi edildi. 1960-cılar, məni gözləyin!”.

Premyerası bu il ediləcək tele-layihə 6 yarımsaatlıq epizoddan ibarət olacaq. Süjet xətti isə hələlik sirr saxlanılır. Çəkilişlər martda başlayacaq.

Qalmaqallı müğənnidəngözlənilməz qərar