» » Rihannanın 9 minlik aksesuarı - (FOTO)

Rihannanın 9 minlik aksesuarı - (FOTO)

Rihannanın 9 minlik aksesuarı - (FOTO)
Rihannanın 9 minlik aksesuarı - fotolar

Müğənni Rihanna uzun zamandır gözlənilən yeni albomunu qiyməti 9 min dollar olan qulaqlıqla dinləyib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, "Anti"ni təqdim etməyə hazırlaşan barbadoslu ifaçı albomunu dinləyərkən selfisini çəkərək sosial şəbəkədə paylaşıb.

Ancaq albomun hazır olması xəbəri qədər fotodakı qulaqlıqlar da diqqət çəkiblər. Üzəri Svarovski daş-qaşları və incilərlə bəzədilmiş aksesuarın üstündə əlavə olaraq tac da var. Qulaqlığın bəzi hissələri isə quzu dərisindən hazırlanıb.

Rihannanın İnstaqram paylaşımından sonra həmin qulaqlıqların satışı rekord həddə çatıb.

Qeyd edək ki, Rihannanın qapağı sənətçi Roy Naçum tərəfindən hazırlanan "Anti" albomunun üzündə də başında tac olan uşaq şəkli var.

Rihannanın 9 minlik aksesuarı - (FOTO)
Rihannanın 9 minlik aksesuarı - (FOTO)
Rihannanın 9 minlik aksesuarı - (FOTO)
Rihannanın 9 minlik aksesuarı - (FOTO)
Rihannanın 9 minlik aksesuarı - (FOTO)
Rihannanın 9 minlik aksesuarı - (FOTO)