» » "50 milyondan imtina etdim"

"50 milyondan imtina etdim"

"50 milyondan imtina etdim"
"50 milyondan imtina etdim" Rejissor-aktyor Özcan Dəniz prodüserliyini etdiyi “Her şey aşktan” filminin mətbuat konfransını keçirib.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, sənətçi jurnalistlərin suallarını cavablandırıb. Özcan musiqi karyerasına son qoymaqla külli miqdarda qazanc itirdiyini deyib:

“Mən ən çox qazanan müğənnilərdən idim. Əgər müğənnilikdən getməsəydim, indiyədək 50 milyon lirə (təxminən 26 milyon manat) gəlir əldə etmişdim. Yəni, 50 milyondan imtina etdim. Kino musiqiyə nisbətən qazancı az olan sektordur. Üstəlik, prodüser kimi üzərinizə riskli məsuliyyət də götürürsünüz. Bununla belə, kino mənim üçün ideal sahədir”.

Yeni layihələrindən danışan Ö.Deniz “İstəsəniz, 2022-ci ilədək çoxlu layihə adı deyərəm. Dayanmadan film çəkəcəyəm” söyləyib.