» » Yazdığı statusa görə 12 milyon qazandı

Yazdığı statusa görə 12 milyon qazandı

Yazdığı statusa görə 12 milyon qazandı
Yazdığı statusa görə 12 milyon qazandı Dünya şöhərtli teleaparıcı Opra Uinfri bir tvit yazmaqla 12 milyon dollar qazanıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, aparıcı “Tvitter” səhifəsində 13 dəqiqəlik video-çarx yerləşdirərək necə 12 kiloqram itirməsindən danışıb. O, çörəkdən imtina etməyərək, “Weight Watchers” şirkətinin arıqlamaq üçün nəzərdə tutulmuş məhsullarından istifadə yolu ilə artıq çəkilərindən xilas olduğunu bildirib.

Bu video-çarxın yayımlanmasından cəmi bir neçə saat sonra isə Opranın reklam etdiyi şirkətin səhmləri 2 dollar bahalaşıb və nəticədə aparıcı şirkətin əlində olan 6 milyon ədəd qiymətli kağızından 12 milyon dollar qazanıb.

Bununla da O.Uinfrinin bir tviti onu zəngin edib.