» » Sezen Aksudan oğluna jest

Sezen Aksudan oğluna jest

Sezen Aksudan oğluna jest
Sezen Aksudan oğluna jest Müğənni Sezen Aksu oğlu Mithat Cana jest edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi oğlunun çəkildiyi “Her şey aşktan” filmi üçün 3 mahnı yazıb. İki gün sonra nümayiş olunacaq filmin heyətində Mithat Canla yanaşı, Hande Doğandemir, Şükrü Özyıldız, Hakan Meriçliler və Öznur Serçeler yer alıblar.

Sezen Aksu filmə 3 mahnı hədiyyə etməklə həm oğluna dəstək olub, həm də prodüser şirkətini mahnılar üçün pul ödəməkdən “xilas edib”.