» » DiKaprio Papa ilə görüşdü

DiKaprio Papa ilə görüşdü

DiKaprio Papa ilə görüşdü
DiKaprio Papa ilə görüşdü Hollivud ulduzu Leonardo DiKaprio Roma Papası Fransisklə görüşüb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Vatikanda olan 41 yaşlı aktyor Papa ilə dünyanın ekoloji problemlərini müzakirə etmək üçün bir araya gəlib. 2015-ci ildə dünyada ekoloji vəziyyətin yaxşılaşdırılması üçün xeyriyyə fondlarından birinə 15 milyon dollar bağışlayan DiKaprio Davos Dünya İqtisadi Forumunda da da xüsusi mükafata layiq görülmüşdü.

Qeyd edək ki, Leonardo Papa ilə görüşə tək getməyib. O, atası Corc DiKaprio ilə birlikdə Fransisklə görüşüb. Aktyor Vatikana əliboş getməyib. Belə ki, leo Papaya rəssam İeronim Bosxun albomunu hədiyyə edib.