» » "Məni "salon qadını" elədilər..."

"Məni "salon qadını" elədilər..."

"Məni "salon qadını" elədilər..."
"Məni "salon qadını" elədilər..." Aktrisa Nebahat Çehre “Her şey aşktan” filminin qala gecəsinə qatılıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Möhtəşəm yüz il: Kösəm” serialından danışıb. N.Çehre Kösəm rolunun aktrisa Beren Saata çox yaraşdığını deyib:

“Evdə olduğum vaxt izləyirəm. Bereni çox bəyənirəm. Rolu ona çox yaraşıb”.

Aktrisa uzun müddətdir ona heç bir serial təklifinin gəlməməsindən də şikayətlənib:

“Təklif alsam, məni ekranda görəcəksiniz. Artıq dincəlməli yaşda deyiləm. Fərqli obrazda tamaşaçı qarşısına çıxmaq istəyirəm. Məni “salon qadını” elədilər, buna çox pis oluram. Hər cür rolu oynaya bilərəm, amma belə bir rol vermirlər”.