» » Bu dəfə xəyanəti bağışlamadı, rəsmən boşandılar - foto

Bu dəfə xəyanəti bağışlamadı, rəsmən boşandılar - foto

Bu dəfə xəyanəti bağışlamadı, rəsmən boşandılar - foto
Bu dəfə xəyanəti bağışlamadı, rəsmən boşandılar - foto

"Fənərbaxça" futbol klubunun oyunçusu Caner Erkin və həyat yoldaşı Asena Erkin rəsmən boşanıblar.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Ailə Məhkəməsində hakim qarşısına çıxan cütlük boşanma şərtlərini qəbul etdiklərini deyiblər.

Hakim də Erkin cütlüyünün ilk ərizədə boşanmasına qərar verib.

Qeyd edək ki, 2010-cu ildə ailə quran ikilinin bir oğulları var. Cütlük ayrılsa da, hər zaman dost münasibətində qalacaqlarını deyiblər.

Xatırladaq ki, onların evliliyindəki ilk problem Asenanın müğənni Berkayla görüşməsi ilə başlamışdı. Onlar arasındakı gizli münasibət medianın gündəmini zəbt etmişdi. Bu yaxınlarda isə Berkayın avtomobilinin atəşə tutulması yenidən bu xəyanəti yada salıb.

Son olaraq Asenanın iş adamı Mehmet Dinçerlerlə münasibəti haqda dedi-qodular Canerlə münasibətə nöqtə qoyub. Bu hadisədən sonra cütlük birgə görünməyib. Caner Asenanı bir neçə dəfə xəyanətə görə bağışlasa da, sonunda ayrılmağa qərar verib.

Bu dəfə xəyanəti bağışlamadı, rəsmən boşandılar - foto