» » "Sentyabrda efirə çıxa bilməyəcəm" - Cavid Gül

"Sentyabrda efirə çıxa bilməyəcəm" - Cavid Gül

"Sentyabrda efirə çıxa bilməyəcəm" - Cavid Gül
ATV-nin aparıcısı Cavid Gül yeni mövsüm planlarından danışıb.

Ucarliyiq.biz-ə açıqlama verən aparıcı yeni layihə hazırladığını bildirib:

“Maraqlı layihəm var. Həftədə bir dəfə canlı yayımlanacaq. Qonaqlarım müğənnilər, tanınmış simalar olacaq. Maqazin tipli verilişdir. Adını hələ dəqiqləşdirməmişik. Amma sentyabrda efirə çıxa bilməyəcəm. Verilişim oktyabrın sonunda efirə gedəcək. Çünki bu mövsümdə ATV-də həftə içi beş gün yayımlanan proqramlar çoxdur. Hazırda onların dekorasiyası qurulur. Mənim verilişimin dekorasiyasına vaxt çatmır. Buna görə də vaxtı uzatmağı qərara aldıq".

Mənbə: </span