» » "Anamın sağalması üçün dua edirəm"

"Anamın sağalması üçün dua edirəm"

"Anamın sağalması üçün dua edirəm"
"Anamın sağalması üçün dua edirəm" Müğənni Bülent Ərsoy mikroavtobusu ilə Nişantaşında görüntülənib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, parfümeriya dükanından alış-veriş edən sənətçi bütün məhsulları maşınına gətirdib. Kosmetik vasitələri öz mikroavtobusunda sınaqdan keçirən B.Ərsoy jurnalistlərlə də söhbət edib. O, ürək spazması səbəbindən əməliyyat olunan anası Necla Poyrazdan danışıb:

“Anam reanimasiyadadır. Xəstəxanaya gedib-gəlirəm. Mən yaxşıyam, amma anamın sağalması üçün dua edirəm”.

Qeyd edək ki, bir müddət əvvəl Bülənt Ərsoyla anası “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Müğənni sağalaraq evə buraxılsa da, anasının vəziyyətinin ağır olduğu deyilirdi.