» » İvana Sert və Nur Yerlitaş arasında gərginlik

İvana Sert və Nur Yerlitaş arasında gərginlik

İvana Sert və Nur Yerlitaş arasında gərginlik
İvana Sert və Nur Yerlitaş arasında gərginlik

TV8-də yayımlanan "İşte benim stilim"lə bağlı qalmaqallar bitmir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, modelyer Nur Yerlitaş üç mövsüm proqramdan aylıq 200 min lirə (təxminən 100 min manat) alıb. Lakin Nur 2 ay əvvəl "çox yoruldum, tükəndim" deyərək münsiflər kürsüsündən getdikdən sonra yarışmanın reytinqi düşüb.

Məşhurların iştirakçı olduğu mövsümün tələsik bitirilərək N.Yerlitaşın əvvəkindən 2 qat baha qiymətə proqrama qayıtması isə digər münsif İvana Sertin qəzəbinə səbəb olub. Hələ də 200 min lirə alan İvana qonorarının artırılmasını tələb edib. O, "Ya pulu artırarsınız, ya da çıxıb gedərəm" deyib.

Qeyd edək ki, media iki münsifin münasibətinin gərgin olduğunu iddia edir. Yerlitaş bugünlərdə jurnalistlərin "İvana üçün darıxırsınız" sualına "mənim üçün darıxırlarsa, mən də darıxıram" deyib. İvananın isə onun dönüşündən çox narahat olduğu deyilir.