» » Rihannanı ölümlə hədələyən manyak tutuldu

Rihannanı ölümlə hədələyən manyak tutuldu

Rihannanı ölümlə hədələyən manyak tutuldu
Rihannanı ölümlə hədələyən manyak tutuldu Dünya şöhrətli müğənni Rihanna uzun müddətdir onu addım-addım izləyən fanatı tərəfindən ölümlə hədələnirdi.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin iyun və aprel aylarında 27 yaşlı ulduzu öldürməklə hədələyən şəxs sosial şəbəkələrdə Aleksandr və Alek Merker adlarından istifadə edirdi. O hətta Rihannanın Los-Ancelesdəki evinin önündə selfi edərək “Evinin qarşısındayam. Səni öldürəndə özümü daha yaxşı hiss edəcəyəm. Səni silahla öldürəcəyəm. Lisenziyanı da almaq üzrəyəm” yazmışdı. Bu status Rihannanı hərəkətə keçməyə vadar etmişdi.

Onun şikayəti üzrə polis araşdırma apararaq Rihannanı izləyən manyakı tutub və müalicə olunması üçün psixoloji kliniklaradan birinə yollayıb.