» » Xərçəng xəstəsi olan müğənnidən xəbər var

Xərçəng xəstəsi olan müğənnidən xəbər var

Xərçəng xəstəsi olan müğənnidən xəbər var
Xərçəng xəstəsi olan müğənnidən xəbər var Bir müddətdir xərçənglə mübarizə aparan müğənni Naşide Göktürkdən xəbər var.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi səhhəti ilə bağlı son məlumatları “Facebook” səhifəsində yazıb. Bu gün yenidən xəstəxanaya yatırılan Naşide Göktürk istifadə etdiyi dərmanlar səbəbindən çətin günlər keçirdiyini qeyd edib:

“Cavab çox, yazmaq isə çətindir... İstifadə etdiyim dərmanlar səbəbindən əllərim titrəyir. Ən sevdiyim işlərdən biri “puzzle” oyunudur. Amma indi bu zövqdən də məhrumam. Qan köçürmədən sonra kimyəvi terapiya alacağam. 22 illik müğənniyəm. Belə vəziyyətindən istifadə edənləri çox görmüşəm. Psixoloji halsızlıq, şüur bulanıqlığı hər şey var məndə... Allaha əmanət olun. Səhhətinizə diqqət edin!”.