» » Keyt 6 il sonra bunu ilk dəfə edəcək

Keyt 6 il sonra bunu ilk dəfə edəcək

Keyt 6 il sonra bunu ilk dəfə edəcək
Keyt 6 il sonra bunu ilk dəfə edəcək Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton illər sonra yenidən ilk rəsmi müsahibəsini verəcək.

Ucarliyiq.biz - in xarici mətbuata istinadən məlumatına görə, hersoginya kraliça II Yelizavetanın yubileyinə həsr olunmuş “Kraliça və 90 il” filmində çəkiləcək. İkisaatlıq sənədli film bu yaz ekrana çıxacaq. Filmin prodüseri Nik Kent “Filmdə iştirak və kraliçanı təbrik etmək üçün kral ailəsinin əksər üzvləri bizimlə razılaşdı” deyib. Ekran işində Keytlə yanaşı, şahzadə Çarlz və xanımı Kamilla Parker-Boulz, şahzadə Uilyam da iştirak edəcəklər.

Qeyd edək ki, bu, Keyt Midltonun 2010-cu ildən – nişanlandığını media qarşısında elan etməsindən sonra ilk müsahibəsi olacaq.