» » Tubanın çəkildiyi filmin ilk fraqmenti

Tubanın çəkildiyi filmin ilk fraqmenti

Tubanın çəkildiyi filmin ilk fraqmenti
Tubanın çəkildiyi filmin ilk fraqmenti . Aktrisa Tuba Büyüküstünün rol aldığı “Dar elbise” filminin ilk fraqmenti yayımlanıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin mövzusuna görə, Parisdə yaşayan dizayner Liza qeyri-adi dəfilə hazırlamaq istəyir.

Lizanın Türkiyədə yaşayan həmkarı Helin ən gözəl qızların Türkiyədə olduğunu və dəfiləni orada hazırlamağı söyləyir. Lakin qızların ailələri onların moda nümayişinə qatılmasına icazə vermədiklərindən ara qarışır. “Dar elbise” beynəlxalq film festivallarına çıxacağı üçün nümayiş olunacağı tarix açıqlanmayıb.

Qeyd edək ki, filmdə Tuba Büyüküstünlə yanaşı, Caner Cindoruk, Canan Ergüder, Hazar Ergüçlü, Devrim Yakutlu kimi aktyor və aktrisalar da yer alıb.