"Forsaj 8" gəlir
"Forsaj 8" gəlir

Kassa gəlirləri ilə bir neçə rekord qıran "Forsaj" filminin 8-cisi gəlir.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, filmin mənfi obrazı bu dəfə "Oskar"lı aktrisa Şarlz Teron olacaq. 7-ci hissədən sonra rejissorluq kürsüsündən qalxan Ceyms Uanı F.Qari Qrey əvəz edib.

Vəhşi qadın obrazını canlandırmaq üçü Ş.Teronla danışıqları davam etdirən rejissor 8-ci seriyanın daha fərqli bir ssenari olacağını deyib. Teron bundan əvvəl F,Qarinin "İtalyan işi" filmində də yer alıb.

"Forsaj 8"in aktyor heyətinə Vin Dizel, Duayn Conson, Ceyson Stethe, Mişel Rodrigez, Tayres Gibson və Ludakris daxildir.