» » "Arıq da olsaydım, sinəmi və arxamı göstərməzdim" - 10 qalmaqallı etiraf

"Arıq da olsaydım, sinəmi və arxamı göstərməzdim" - 10 qalmaqallı etiraf

"Arıq da olsaydım, sinəmi və arxamı göstərməzdim" - 10 qalmaqallı etiraf
"Arıq da olsaydım, sinəmi və arxamı göstərməzdim" - 10 qalmaqallı etiraf

Bu yaxınlarda Adel ötən ilin ən çox satılan sənətçisi seçilib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, ifası ilə sevgililərin sevimlisi olan ifaçının "Hello" klipi "YouTube"da milyardı ən sürətlə keçən video olub.

Mahnıları qədər açıqlamalarında da səmimi olan 27 yaşlı ulduzun 10 qalmaqallı açıqlamasını təqdim edirik:

1. "Çox cəsuram, heç kimdən qorxmuram. Qorxduğum tək adam var, o da özüm".
2. "Tvitteri özüm istifadə etmirəm, menecerlərim bununla məşğuldur. Çünki bir dəfə sərxoş halda tvit yazdım, ortalıq qarışdı.
3. "Mən musiqi ilə musiqiçi olmaq üçün məşğulam, "Playboy"un üz qabığına çıxım deyə yox..."
4. "Məşhurlarla sevgili olub görüşmək!? Mən Teylor Svift deyiləm".
5. "Yaxşı yemək və şərab sevirəm. Gözəl bədənim olsaydı, sinəmi və arxamı kiməsə göstərmək üçün açmazdım",
6. "Bir kişi sizə fit çalırsa, qarşılıq verməyin. Siz xanımsınız, it yox..."
7. "Ledi Qaqa və Keti Perrinin sinəsini və arxasını mən də izləyirəm. Hətta heyranam. Amma mənim musiqim belə deyil, gözlər üçün deyil, qulaqlar üçün musiqi yaradıram".
8. "Qəribə vərdişim var. Doğum günü kartlarını yığıram, kolleksiyam da var".
9. "Conni Keş kimiyəm, ancaq qara geyinirəm"
10. "Yaxşı görünməyə çalışıram, amma modayla aram yaxşı deyil. Arıq qızlar cəlbedici deyillər, məncə. Xoşbəxt və sağlam olmaq lazımdır. Heç zaman necə göründüyümlə bağlı dərdim olmadı. İdmana getməkdənsə, dostlarımla yemək yeməyə gedərəm".