» » Boşanma ərəfəsində olan müğənni yenidən sevgilisi ilə

Boşanma ərəfəsində olan müğənni yenidən sevgilisi ilə

Boşanma ərəfəsində olan müğənni yenidən sevgilisi ilə
Boşanma ərəfəsində olan müğənni yenidən sevgilisi ilə Model-aktrisa Seçkin Pirilerlə boşanma ərəfəsində olan “Duman” qrupunun solisti Kaan Tangöze yenidən sevgilisi Kıvılcım Uralla birlikdə görüntülənib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl dodaq-dodağa şəkilləri çəkilən cütlük bu dəfə restoranda şam edib. Daha sonra Kaanın avtomobili ilə sahilboyu gəzən sevgililər paparassiləri görüncə narahat olublar. Ödənişli avtodayanacağa gələn Kaan Kıvılcımı orada qoyaraq geri qayıdıb.

O, mühafizəçilərə “Jurnalistləri içəri qoyma” deyə xəbərdarlıq edib. K.Tangöze jurnalistlərin heç bir sualını cavablandırmayıb. Qeyd edək ki, müğənni Seçkin Pirilerlə 5 illik ailə həyatından sonra ona xəyanət edib. Bu səbəbdən ayrılmaq qərarına gələn cütlüyün bir oğlu var.