» » Anası Kıvanç Tatlıtuğun toyu haqda: "Çox kədərlənirəm"

Anası Kıvanç Tatlıtuğun toyu haqda: "Çox kədərlənirəm"

Anası Kıvanç Tatlıtuğun toyu haqda: "Çox kədərlənirəm"
Anası Kıvanç Tatlıtuğun toyu haqda: "Çox kədərlənirəm"

Aktyor Kıvanç Tatlıtuğ fevralın 19-da Parisdə Başak Dizerlə evlənəcək.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Kıvançın anası Nurten Tatlıtuğun oğlunun nikah mərasimində iştirak edə bilməyəcək. Mediada mövzu ilə bağlı müxtəlif səbəblər yazılıb. Bu barədə aktyorun anası ilk dəfə açıqlama verib:

"Oğlumun aylar öncəsindən tarixi dəqiqləşən nikahına son günlərdə yaşadığım sağlamlıq problemlərinə görə qatılmayacağam. Onun bu xoşbəxt vaxtında həqiqətə uyğun olmayan xəbərləri görüb kədərlənirəm. Onsuz də ölkədə hər gün ölüm xəbərləri alıb kefimiz pozulur. Belə günlərdə bu mövzunun gündəm olması məni 2 qat kədərləndirir. Sizlərdən xahişim, bu əsli olmayan şərhlərə son verin və yeni evlənəcək cütlüyə bizim kimi xoşbəxlik arzu edin..."