» » 70 yaşlı, həmişə cavan Ajda Pekkan... - (FOTO)

70 yaşlı, həmişə cavan Ajda Pekkan... - (FOTO)

70 yaşlı, həmişə cavan Ajda Pekkan... - (FOTO)
70 yaşlı, həmişə cavan Ajda Pekkan... - fotolar Türkiyənin pop ulduzu Ajda Pekkan dünən 70 yaşını qeyd edib.

Ucarliyiq.biz - in məlumatına görə, o, doğum gününü yaxın dostları ilə qeyd edib. Müğənni Sinan Akçıl isə Ajdanın doğum günündən foto paylaşıb.

Qeyd edək ki, Türk pop musiqisinin əfsanəsi olan Ajda Pekkan 1946-cı il 12 fevralda İstanbulda dünyaya gəlib. Həyatı çətinliklərlə keçən Ajdanın ilk kədəri, ilk üzüntüsü valideynlərinin boşanması olub. O, kədərli anlarını heç vaxt unutmur. Bir neçə il əvvəl kitab yazan superstar həyatından bəzi anları orada qeyd etmişdi:

“Valideynlərim ayrılanda çox üzüldüm. Sanki bir boşluqda yaşayırdım və bu boşluğu musiqi ilə doldurmağa başladım. Ata-anamın boşanma acısını musiqi ilə təsəlli etməyə çalışdım..."

Ajda Pekan kitabında ailəsinin onun sənətinə yaratdığı maneələrdən də danışıb:

“Evə gec gələndə atamdan şilləni yeyirdim. Filmdə rol almaq mənim üçün parka gəzintiyə getmək kimi bir şey idi..."

Ailəsi Ajdanın evlənib uşaq sahibi olarsa, film və musiqidən uzaq olacaq deyə düşünüblər. Bir zamanlar ailəsi tərəfindən məcburən ərə verilmək istənildiyi üçün özünü öldürməyə çalışan Ajda bir neçə il sonra Coşqun Sapmaz ( 1973) və Əli Bars ilə ( 1984) ildə evlənib boşanıb.

O, 1980-ci ildə Hollandiyada Eurovision Song Contest müsabiqəsində "Pet'r Neft» mahnısı ilə Türkiyəni təmsil edib və 15-ci yeri tutub.

Hazırda hələ də səhnəyə çıxan, aparıcılıq edən, hit mahnıları ilə gündəmdə qalmağı bacaran Ajdanın karyerası Türkiyədə bir çoxları üçün nümunəvi sayılır.