» » "Belə kişilərə dözə bilmərəm..." - 25 yaşlı aktrisa

"Belə kişilərə dözə bilmərəm..." - 25 yaşlı aktrisa

"Belə kişilərə dözə bilmərəm..." - 25 yaşlı aktrisa
"Belə kişilərə dözə bilmərəm..." - 25 yaşlı aktrisa

Aktrisa Yağmur Tanrısevsin "Hürriyet"ə müsahibə verərək maraqlı açıqlamalar edib.

Ucarliyiq.biz - in məlumatına görə, ailəsindən ayrılaraq İstanbula gələn 25 yaşlı aktrisa gördüyü işin mükəmməl olmasını hər zaman əsas tutur. Yağmur ilk dəfə "Adını Feriha koydum"da, daha sonra “Güneşi Beklerken”, “Kaçak” və “Bana Baba Dedi” seriallarında fərqli obrazlar canlandırıb.

"Mayıs Kraliçesi"ndəki Nehir obrazı isə onun üçün ən önəmli roldur:

"Nehri kimi bacarıqlı və zirəkəm. Güclüyəm, inadcılam, işgüzaram... nehriin həyatla mübarizəsi çox xoşuma gəldi, onu özümə örnək götürdüm. Qaynaqçılığı bu rol üçün öyrənmişəm. Karyeram və həyatım boyunca heç "kaş ki" dediyim peşmanlıqlarım yoxdur. Mən səhvlərimi təcrübəyə çevirə bildiyimə inanıram".

Aktyor və müğənni Oğuzhan Koçla sevgili olan Tanrısevsin kişilər haqda fikirlərini bölüşüb:

"Güvənmək problemim var. Münasibətlərdə rəsmi və məsafəli qalmağı sevirəm. Yalan danışan kişilərə dözə bilmərəm. Kişinin ağlı məni cəlb edir. Həm də güclü olması şərtdir. Fiziki mənada yox, həyata qarşı duruşundan söz açıram. Hazırda xoşbəxt davam edən münasibətim var. Evlilik gələcək planlarıma daxildir. Evlənəcəyim kişi əvvəla yaxşı dost olmalıdır. Əsas bir-birini başa düşmək və həyatlarına pozitivlik, sevinc qata bilməkdir. Yoxsa bəzən sevgi kifayət etməyə bilər və bitər.

"Belə kişilərə dözə bilmərəm..." - 25 yaşlı aktrisa