» » Evlilik proqramı ilə bağlı qalmaqallı iddia

Evlilik proqramı ilə bağlı qalmaqallı iddia

Evlilik proqramı ilə bağlı qalmaqallı iddia
Evlilik proqramı ilə bağlı qalmaqallı iddia

Kanal D-də ekrana gələn evlilik proqramı "Kısmetse olur"la bağlı daha bir iddia səsləndirilib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, bu dəfə onların maaş alması xəbəri yayılıb. İddia edilir ki, realiti-şouda iştirak edən bəy-gəlin namizədləri aylıq 5 min lirə (təxminən 2500 manat) pul alır.

Qeyd edək ki, bundan əvvəl də yarışmaçılar arasında intriqa və sevginin qeyri-real olması ilə bağlı fikirlər səsləndirilmişdi. Hətta namizədlərin xüsusi kastinq agentliklərinin işçiləri olduğu da ortaya çıxmışdı. Bəziləri isə Türkiyənin tanınmış simalarının yaxınlarıdır.